Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8114 manat/1EUR səviyyəsində (dekabrın 29-na 1.8060 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0230 manat/1RUB səviyyəsində (dekabrın 29-na 0.0234 manat/1RUB) müəyyən edib.
Dekabrın 30-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0909 manat/1TRY (29 dekabr - 0,0908 manat/ 1TRY).səviyyəsində müəyyən edib. **
B.Rüstəmbəyov