Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlarının qrafikini təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına əsasən, 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcək: 1 fevral, 29mart, 3may, 21iyun, 26iyul, 20sentyabr, 1 noyabr və 20dekabr.
AMB qeyd edir ki, 2022-ci ildə faiz dəhlizinin parametrləri 9 dəfə müzakirə olunub.
“Bütövlükdə 2022-ci ildə uçot dərəcəsi 100 faiz bəndi – 7,25%-dən 8,25%-dək artırılıb”, - AMB vurğulayır. **
R.Əhmədov