11 ay ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12,3% - $59,8 milyarda qədər artıb.
“11 ay ərzində strateji valyuta ehtiyatları 12.3% və ya $6,5 milyard artaraq $59,8 milyarda çatıb”, - “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
X.Nəsirzadə