2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,7 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($161,1 milyon, azalma 14,2%), karbamid ($198,6 milyon, artım 2,1 dəfə), pomidor ($150,8 milyon, artım 7,3%), qızıl ($156,1 milyon, azalma 15,5%), metanol ($120,7 milyon, artım 1,6 dəfə), ilkin formalı polipropilen ($81,3 milyon, azalma 15,7%), xurma - $89,5 milyon (аzalmа 2,2%), ilkin formalı polietilen ($84,8 milyon, azalma 18,7%), meşə fındığı ($93,7 milyon, azalma 1,5%) və nisbi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ($84,6 milyon, azalma 4,6%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($820 milyon, artım 7,4%), Türkiyə ($630,5 milyon, artım 7,6%), Gürcüstan ($183 milyon, artım 27,6%), İsveçrə ($166,5 milyon, azalma 18,6%) və Qazaxıstan ($89,4 milyon, artım 2,5 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 23,4%-i Türkiyənin, 30,4%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov