2022-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $269,7 milyon məbləğində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, yanvar ayında bu göstərici $9 milyon, fevralda $17 milyon, martda $24,3 milyon, apreldə $29,2 milyon, mayda $27,4 milyon, iyunda $20 milyon, iyulda $17,4 milyon, avqustda $20,9 milyon, sentyabrda $24,7 milyon, oktyabrda $19,7 milyon, noyabrda $20,1 milyon, dekbarda $40 milyon təşkil edib.
2021-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $235,1 milyon məbləğində ixrac (2020-ci illə müqayisədə artım 28,6%) həyata keçirilib. Beləliklə, 2022-ci ildə ixracın həcmi 14,7% artıb.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
X.Nəsirzadə