Dövlət Neft Fondu (ARDNF) elektron avadanlıq və kiber təhlükəsizlik üzrə xidmətlərin alışına 3 milyon 142,561 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, www.etender.gov.az portalına əsasən, bu məqsədlə ARDNF iki mqavilə bağlayıb. Birinci müqavilə “FARAH İNNOVATİONS"MMC ilə 2 milyon 891,221 min manat məbləğində imzalanıb. Müqavilə məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınmasını nəzərdə tutur.
İkinci müqavilə - 251,34 min manat məbləğində "MEDUSA GROUP" MMC ilə kiber təhlükələrin aşkarlanması və cavablandırılması həllini nəzərdə tutur. **
B.Rüstəmbəyov