Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan prezidenti Ilham Əliyevə ünvanladığıtəbrikdə Azərbaycan-Rusiya münasibətlərinin bütün kompleksinin gələcək inkişafına əminlik ifadə edib.
«2022-ci ildə ölkələrimiz qarşılıqlı əlaqələrin yeni - müttəfiqlik səviyyəsinə yüksəldi, ikitərəfli ticarət dövriyyəsi rekord surətdə artdı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, habelə bölgələrarası kooperasiya dinamik inkişaf etdi», - Putinin Kremlin saytında dərc olunmuş təbrikində qeyd olunur.
O, həmçinin əminliklə bildirib ki, «birgə səylərlə dost xalqların maraqları və Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün Rusiya-Azərbaycan əlaqələrinin bütün kompleksinin gələcəkdə inkişafı təmin ediləcək». **
B.Rüstəmbəyov