Azərbaycan prezidenti İlham Əliyev cümə günü 2023-cü il üçün yaşayış minimumunu 246 manat səviyyəsində (2022-ci ilin göstəricisi ilə müqayisədə artım 17,1%) təsdiq edib.
Həmçinin, 2023-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 261 manat (2022-ci ildə 220 manat), pensiyaçılar üçün 199 manat (2022-ci ildə 176 manat), uşaqlar üçün 220 manat (2022-ci ildə 193 manat) məbləğində müəyyən edilib.
Bundan başqa, prezident ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddini 246 manat (2022-ci ildə 200 manat, artım 17,1%) məbləğində təsdiq edib.**
X.Nəsirzadə