Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsini təsdiq edib.
DSMF-nin 2023-cü il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 6 milyard 263,97 milyon manat məbləğində təsdiq edilib ki, bu da 2022-ci ilin plan göstəricisindən 11,7% çoxdur.
Fondun gəlirləri 4 milyard 783,6 milyon manat məbləğində məcburi dövlət sosial sığorta üzrə ayırmalar, 1 milyard 467,77 milyon manat məbləğində dövlət büdcəsindən transfertlər və 12,6 milyon manat məbləğində digər daxilolmalar hesabına formalaşacaq.
4 milyard 783,6 milyon manat məbləğində məcburi sosial sığorta üzrə daxilolmalar aşağıdaklı mənbələrdən formalaşacaq: büdcə təşkilatları hesabına (1 milyard 781,1 milyon manat), özəl təşkilatlar hesabına (3 milyard manat), sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesabına (60 milyon manat).
Gələn il DSMF əhaliyə ödənişlərə 6 milyard 77,58 milyon manat yönəldəcək, bu da 2022-ci ilin göstəricisindən 11,9% çoxdur.
Bu məbləğin 5 milyard 907,18 milyon manatı əmək pensiyalarının ödənilməsinə, 170,4 milyon manatı - müavinətlərin ödənilməsinə yönəldiləcək. **
B.Rüstəmbəyov