Azərbaycan prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2023-cü il büdcəsini təsdiqləyib.
Sənədə əsasən, İTS Fondunun 2023-cü il kəsirsiz büdcəsinin gəlirləri və xərcləri 2 milyard 393 milyon 243,97 min manat təşkil edəcək.
2023-cü ildə Fondun gəlirləri 5 mənbədən formalaşacaq: dövlət büdcəsindən ayırmalar – 1 milyard 263 milyon 820,17 min manat, işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları – 764 milyon 665,34 min manat, fiziki şəxslərdən (sahibkarlardan) sığorta haqları üzrə daxilolmalar – 12,6 milyon manat, məhsullara tətbiq olunan aksizlər üzrə daxilolmalar – 122 milyon 334,66 min manat, digər gəlirlər – 13,9 milyon manat.
Ödənişlərin strukturunda onların əsas hissəsi – 2 milyard 171 milyon 239,633 min manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çərçivəsində xərclərə yönəldiləcək.
2023-cü ildə 129 milyon 711,75 min manat - səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə; 129 milyon 809,683 min manat - tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsinə; 70 milyon manat - COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək, qalanı digər xərclərin payına düşür. **
R.Əhmədov