Azərbaycan hökuməti 2023-cü il dekabrın 31-dək reaktiv mühərriklər üçün yanacağı idxal gömrük rüsumundan azad edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Cümə günü Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.
Azərbaycana reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan azad edilmıəsinı dair son qərar 23 avqust 2022-ci il tarixində qəbul olunub və müddəti 31 dekabr 2022-ci ildə tamamlanır.
Hökumətin digər qərarı ilə 2023-cü il dekabrın 31-dək Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələri: reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün 1 manat ($0,59), həmçinin reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün – 1 manat təşkil edəcək. **
N.Abbasova