31 dekabr 2020-ci ildən etibarən TAP qaz kəməri ilə Avropaya ixrac olunan Azərbaycan qazının həcmi 19,4 milyard kubmetri ötüb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından iki il ötür. Bu müddətdə Avropaya 19,4 milyard kubmetrdən çox qaz tədarük olunub”, - Şahbazov şənbə günü Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib.
2022-ci ildə ixracın 22-23 milyard kubmetr, o cümlədən Avropaya ixracın 11,3 milyard kubmetr həcmində, 2023-cü ildə - 24 milyard kubmetr səviyyəsində, o cümlədən, Avropaya – 11,6 milyard kubmetrdən az olacağı proqnozlaşdırılır. **
R.Kərimov