Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) şənbə günü məlumat verib ki, 2022-ci ildə Azərbaycanın dövlət strukturları tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 41 min 915,77 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
“İnterfaks-Azərbaycan” agentliyi ANAMA-ya istinadən məlumat verir ki, hesabat dövründə Qarabağ və Şərqi Zəngəzurda zamanı piyada əleyhinə 8 min 780, tank əleyhinə 4 min 133 mina və 14 min 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan bildiriblər ki, dekabrda dövlət strukturları tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 2 min 263,07 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Dekabrın 1-dən 30-dək aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 min 370 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. **
R.Kərimov
·
·
·
·
·