Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib. (...) Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb”, - nazirlikdən qeyd olunur.
Bildirilir ki, həmçinin müdafiə naziri hospitalın tibb personalı ilə görüşüb, həkimlərimizin xəstə və yaralı hərbi qulluqçuların müalicəsində göstərdikləri xidmətləri müsbət qiymətləndirib. **
R.Kərimov