Şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən məlumat verilir ki, tərəflər Bakı ilə Daşkənd arasında münasibətləri müzakirə ediblər.
Bildirilir ki, tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Bayramov Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. O, Azərbaycanla Özbəkistan arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.
Həmin gün Bayramov Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov ilə telefonla danışıb. Bayramov Norovun Bakı ilə Daşkənd arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir, Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb. **
R.Kərimov