Bakı şəhərində “Şəfa” stadionu yaxınlığında “Toyota Prius” və “Mercedes C Class” avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər həlak olub. Bu barədə TƏBİB-dən məlumat verilir.
Həlak olanlardan 3-ü hadisə yerində, daha bir nəfər isə xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Bundan əlavə, daha bir nəfər təbb müəssisəsində müalicə alır. **
V.Əliyev