Bakıda çoxmərtəbəli yaşayış binasında məişət qazının sızması nəticəsində baş verən partlayış nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsindəki mənzillərdən birində yanğınla müşahidə olunmayan partlayış baş verib. İlkin ehtimala əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. İlkin məlumata görə, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib”, - deyə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.*
N.Abbasova