Bolqarıstan Türkiyədə qəbul terminalları vasitəsilə LNG idxalı barədə 13 illik saziş imzalayıb. Bu barədə iki ölkənin mətbuatı məlumat verir.
Anadolu agentliyinin məlumatına görə, söhbət illik 1,5 milyard kubmetrə yaxın təbii qazın tədarükündən gedir.
Sənəd Türkiyənin “BOTAS” boru kəməri şirkəti ilə “Bulgargaz” arasında imzalanıb. Qaz köhnə Transbalkan qaz kəməri ilə nəql ediləcək. “Türkiyə axını” istismara verilmədən öncə bu kəmər ilə Rusiya qazının Bolqarıstan vasitəsilə Türkiyəyə tədarükü həyata keçirilib. Bu detalları Bolqarıstanın “Economic” nəşri açıqlayır.
“Türkiyənin energetika və təbii sərvətlərnaziri Fatih Dönməz Ankaranın addımlarının yalnız Bolqarıstanın deyil, həm də bütövlükdə Avropanın enerji təminatına töhfə verdiyinə əminlik ifadə edib. Türki-yə Bolqarıstan sazişi Türkiyə qaz habının formalaşması istiqamətində mühüm addım kimi qələmə verilir”, - Anadolu qeyd edir.
Türkiyə Rusiya, İran və Azərbaycandan boru kəməri qazına şaxələndirilmiş çıxışa, o cümlədən, inkişaf etmiş LNG idxalı sisteminə malikdir – ölkədə dörd qəbul terminalı fəaliyyət göstərir (İzmirdə əLİAĞA lng VƏ Etki LNG, Mərmərə dənizi sahilində Marmara Ereglisi, həmçinin ölkənin cənubunda Hatay əyalətində Ertoğrul Gazi). **