Azərbaycanda koronavirus infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 462-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 17 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 8 nəfər təşkil edir.
Virusa yoluxmuş 816,054 min nəfər (sutka ərzində +93) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 400 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 973 (ötən gün 598 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 433 min 695 test aparılıb.**
B.Rüstəmbəyov