Çərşənbə axşamı Bolqarıstan prezidenti Rumen Radev bəyan edib ki, fevralın 3-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı ölkələrin energetika nazirlərinin görüşü zamanı Avropaya Azərbaycandan əlavə təbii qaz tədarükü layihəsi təqdim ediləcək.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə Radev yanvarın 3-də Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən bildirib.
“Bu layihə Azərbaycandan əlavə təbii qaz həcmini Avropaya minimum vəsairt və dərhal nəql etməyə imkan verəcək. Bolqarıstanın tə.əbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulacaq”, - “Bolqarıstan milli radio” (“Bolqarskoye natsionalnoe radio”) Radevin sözlərindən sitat gətirir.
Öz tərəfindən Dönməz Bolqarıstnala Türkiyə arasında əməkdaşlığın genişləndiriməsi üçün imkanları qeyd edib: “Türkiyə, coğrafi mövqeyini və infrastrukturunu nəzərə alaraq, istər Xəzər dənizi, Yaxın Şərq, istərsə də Şərqi Aralıq dənizi regionundən qaz tədarükünə kömək etməyə hazırdır”.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetrədək, o cümlədən Avropaya ixracın ən azı 11,6 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.2027-ci ilə qədər Azərbaycandan Avropaya qaz tədarükünün həcmi ən azı 20 milyard kubmetrə çatmalıdır. **
R.Əhmədov