Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826,496 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 16 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10008 nəfər təşkil edir.
Virusa yoluxmuş 816,149 min nəfər (sutka ərzində +95) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 339 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965 (ötən gün 973 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 434,66 min test aparılıb.*
X.Nəsirzadə