ABŞ-ın Dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları keçirməyi planlaşdırır. Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bəyan edib.
“Yaxın günlərdə onun (Blinkenin – İF-Az) Ermənistan və Azərbaycandan olan həmkarları ilə telefonla danışmaq imkanının olacağını gözləyirəm”, - Prays brifinqdə bildirib. “İnterfaks-Azərbaycan” Praysın sözlərindən sitat gətirir. **
R.Kərimov