Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verildi ki, “STEAM İnnovasiya Mərkəzi”nin yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.
O cümlədən, dövlət başçısı Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub.
Həmin dərnəklərdə 1,5 min nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. **
B.Rüstəmbəyov