ABŞ prezidenti Co Bayden Mark Libbinin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini yenidən təsdiqlənməsi üçün Senata (Konqresin yuxarı palatasına) göndərib. Bu barədə Konqresin saytında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, çərşənbə axşamı Bayden ABŞ-ın Bakıdakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.
Qanunveriliyə əsasən, Mark Libbinin namizədliyini öncə Senatın beynəlxalq münasibətlər üzrə komitəsi, daha sonra isə tam tərkibdə Konqresin yuxarı palatası nəzərdən keçirəcək.
Ötən il may ayının sonunda Bayden məlumat verib ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürəcək.
Mark Libbi - müşavir-elçi dərəcəsinə malik olan kadr diplomatıdır. O, əvvəllər ABŞ-ın Avropa Ittifaqı yanında Brüsseldəki nümayəndəliyində missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Digər xarici səfərlərə Varşava, Nassau, Nikosiya və Bağdad səfərləri daxildir.
Polyak və fransız dillərində sərbəst danışır. **
İnformasiya şöbəsi