Azərbaycanda koronavirus infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 562-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 34 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, yoluxma hallarının sayı təxminən iki dəfə artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 9 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 232 nəfər (sutka ərzində +83) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 846 (ötən gün 965 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 436 min 506 test aparılıb.**
İnformasiya şöbəsi