“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) cəmiyyətin balansında olan gəmilərə mülki məsuliyyət növü üzrə sığorta xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASCO-dan məlumat verilib.
Sığorta şirkətləri təkliflərini yanvarın 13-dək (saat 17:00-a qədər) təqdim edə bilər.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.*
R.Əhmədov