Yanvarın 5-də Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Havanadakı səfirliyindən məlumat verilib.
“Görüşdə nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək, səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2022-ci il avqustun 19-da Ruslan Rzayevin Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.*
R.Kərimov