Azərbaycan hökuməti 2023-cü il üçün Dövlət İnvestisiya Proqramını 2 milyard 650,4 milyon manat məbləğində qiymətləndirir.
Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, cari ildə bu məbləğin 1 milyard 358,1 milyon manatı infrastruktur və sosialyönümlü layihələrə yönəldiləcək.
Bundan başqa, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində layihələrin maliyyələşdirilməsinə 1,1 milyard manat, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən sosialyönümlü və infrastruktur layihələrinin maliyyələşdirilməsinə 192,3 milyon manat yönəldiləcək.*
R.Əhmədov