2022-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2 milyard 991,99 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 10,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Qeyd olunub ki, dekabrda qeyri-neft ixracı $303,48 milyon (2021-ci ilin dekabr göstəricisinə nisbətən 14,2% az) təşkil edib.
2022-ci ilin IV rübündə qeyri-neft ixracı $875,22 milyon təşkil edib.
2021-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi $2,7 milyard təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov