Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində meyiti aşkar olunmuş 4 nəfər ilkin ehtimala görə dəm qazından vəfat edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
“İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib”, - deyə məlumatda qeyd olunub.
Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi ötən gün xilasedicilər tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması barədə məlumat yaymışdı.*
R.Kərimov