Azərbaycanda koronavirus infeksiyasına 120 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 803-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 121 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 17 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 382 nəfər (sutka ərzində +91) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 404 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 459 (ötən gün 2 min 794 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 441 min 759 test aparılıb.*
V.Əliyev