Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən mitinqin iştirakçısı olan 65 nəfər saxlanılıb.
“İnterfaks”ın müxbirinin verdiyi xəbərə görə, polis qanunsuz aksiyanın dayandırılmasını tələb etsə də, iştirakçılar Rusiya əleyhinə şüarlar səsləndirməyə başlayıblar.
Aksiya iştirakçıları guya Azərbaycan tərəfinin dekabrın 12-dən “bağladığı Laçın dəhlizinin açılmasını” tələb edirlər.*