Azərbaycan şahmatçısı Günay Məmmədzadə (2348) Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.
11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə qızıl medala layiq görülüb. Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.
Turnirdə 12 şahmatçı iştirak edib.*
V.Əliyev