Azərbaycanda koronavirus infeksiyasına 105 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 908-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 120 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 20 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 404 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 484 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 472 (ötən gün 2 min 459 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 443 min 931 test aparılıb.*
V.Əliyev