Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.
Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.
Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə “sağ ol” deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən, erməni sakinin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min erməni əhalinin hansı vəziyyətdə saxlanılmasının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının əyani təzahürüdür.*
V.Əliyev