2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 milyon manat investisiya yatırılması, 2.4 mindən çox iş yerinin yaradılması planlaşdırılır”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Xəbər verildiyi kimi, 22 yanvar 2021-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.
Yeni Agentliyin tərkibinə Azrbaycanda fəaliyyət göstərən bütün sənaye parkları (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələri (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparklar daxil olacaq. **
B.Rüstəmbəyov