2023-cü ilin əvvəlindən Azərbaycan Rostov vilayətindən 27 tondan çox ət və ət məhsulları idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” “Rosselxoznadzor”un regional idarəsinə istinadən məlumat verir.
İxrac olunan məhsullar baytarlıq-sanitar mənada təhlükəsiz kimi tanınıb. Məhsulların keyfiyyəti və təhlükəsizliyi laborator tədqiqatlarla təsdiq edilib.
Nəzarətdə olan məhsulların Rusiya Federasiyası ərazisindən çıxarılmasına icazə «Argus» avtomatlaşdırılmış sistemdə verilib. **
B.Rüstəmbəyov