Eyvazхanbəyli kəndində (Ağdam rayonu - İF) müasir atçılıq kompleksi yaradılacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Keçən il Ağdamın Eyvazхanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazхanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir”, - Əliyev bazar ertəsi 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bildirib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlaşdırılır.
“Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq”, - Əliyev deyib. **
B.Rüstəmbəyov