Azərbaycanla İran arasında 9 ayın yekunları üzrə (2022-ci il martin 21-dən dekabrın 21-dək, İran təqvimi ilə yeni il martin 21-də başlayır) ticarət dövriyyəsi $533,11 milyon təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,67% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi İranın Financial Tribune nəşrinə istinadən xəbər verir ki, İranın Gömrük İdarəsinin (IRICA) məlumatına əsasən, hesabat dövrü ərzində Bakı və Tehranın qarşılıqlı mal tədarükü 584,588 min ton (azalma 9,76%) təşkil edib.
Mart-dekabr aylarında Azərbaycan $1,63 milyard (azalma 1,75%) məbləğində 2,86 milyon ton (azalma 19,51%) ilə Rusiyadan sonra Xəzəryanı dövlətlər arasında İranın ikinci ticarət tərəfdaşıdır. **
R.Kərimov