"Azərbaycan Hava Yolları" QSC (AZAL) martin 17-dən etibarən uçuş proqramının inkişafı çərçivəsində Bakı-Almatı-Bakı marşrutu ilə uçuşlara başlayacaq.
“Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək”, - AZAL-ın mətbuat xidmətinən məlumat veriilir.
Reyslərin tam cədvəli ilə viaşirkətin rəsmi saytında tanış olmaq mümkündür.
Uçuşlara aviabiletləri AZAL-ın saytında, mobil tətbiq vasitəsilə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Hazırda AZAL QSC-nın tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti həftədə üç dəfə Bakı-Aktau-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir. **
N.Abbasova