2022-ci il dekabrın 30-na Azərbaycanda pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ildə pul bazası 2.7% azalıb.
Dekabr ayında pul bazası 752,1 milyon manat və ya 4,5% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.**
X.Nəsirzadə