Azərbaycanda koronavirus infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 934-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 105 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 23 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 422 nəfər (sutka ərzində +18) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 479 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 61 (ötən gün 2 min 472 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 445 min 292 test aparılıb.**
R.Kərimov