Türkiyə Azərbaycanın ədalətli mübarizəsini daim dəstəkləyib və dəstəkləməyə davam edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdə bildirib.
İki ölkənin parlament spikerlərinin danışıqları Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində baş tutub.
Görüş zamanı Şentop qeyd edib ki, Ermənistanın “davranışları regionda sülhə təhdiddir”.
Şemtop və Qafarova postmünaqişə dövründə İrəvanın qeyri-konstruktiv davranışları ilə əlaqədar narahatlıq ifadə ediblər. Onlar bu məsələni beynəlxalq strukturların gündəliyinə çıxarmağa dair razılığa gəliblər.
Şentop əlavə edib ki, Ankara İrəvandan Azərbaycan-Ermənistan-RF üçtərəfli razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir. **
R.Əhmədov