Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8242 manat/1EUR səviyyəsində (yanvarın 9-na 1.8150 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0244 manat/1RUB səviyyəsində (yanvarın 9-na 0.0235 manat/1RUB) müəyyən edib.
Yanvarın 10-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0905 manat/1TRY səviyyəsində (yanvarın 9-na 0,0908 manat/1TRY) müəyyən edilib.*