“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb. Bu barədə ASCO-nun mətbuat xidmətindən məlumat verilib.
“Filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər”, - deyə məlumatda bildirilib.
Bədii-sənədli filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.
“20 Yanvarda doğulanlar” filmi 20 yanvar 2023-cü ildə İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.*
N.Abbasova