İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İranın Bakıdakı səfirliyinə istinadən xəbər verir.
“Son vaxtlar Azərbaycanla bəzi anlaşılmazlıqlar olsa da, onlar artıq öz həllini tapıb və mən gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”, - deyə Qalibaf bildirib.
Səfirlik səfərin dəqiq tarixi barədə məlumat verməyib.
Xəbər verildiyi kimi, Qalibafın Azərbaycana səfəri 2022-ci ilin payızına planlaşdırılsa da, daha sonra təxirə salınmışdı.*
X.Nəsirzadə