Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $51,2 milyon satıb.
Yanvarın 5-də keçirilən hərracda banklara $52,7 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $51,2 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-noyabr aylarında valyuta hərraclarında $4 milyard 589,4 milyon məbləğində xarici valyuta (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 19,5%) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.*
B.Rüstəmbəyov