Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2023-cü ildə Azərbaycan qazının ixracı 24 milyard kubmetr səviyyəsində təşkil edəcək, bunun təxminən 12 milyard kubmetri Avropaya nəql olunacaq.
“Ümumilikdə ixracımız (qaz - İF) 24 milyard kubmetr səviyyəsində gözlənilir. Avropaya 12 milyard kubmetrə yaxın qaz tədarük ediləcək”, - Əliyev çərşənbı axşamı yerli telekanallara müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib. **
B.Rüstəmbəyov