“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən yüklərin tranzit həcmi illik 30 milyon tona çata bilər. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Təkcə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər”, - Əliyev çərşənbə axşamı Azərbaycan telekannalrına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.
Dövlət başçısı əlavə edib ki, indi dəmir yolunun bir hissəsi modernləşdirilir, xüsusilə Bakı-Yalama xətti (RF ilə sərhəd - İF) və ondan sonra Ələt-Astara xətti (İranla sərhəd - İF) də modernləşdiriləcək. **
R.Kərimov