Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının yeni mülki missiyasının Azərbaycanla sərhəd boyu Bakı ilə razılaşdırmadan Ermənistana göndərilməsini yalan kimi qiymətləndirib və qeyd edib ki, bu, Aİ-nin himayəsi altında Azərbaycan-Ermənistan danışıqlarına mənfi təsir göstərə bilər.
Çərşənbə axşamı Azərbatcan telekanallarına müsahibəsində prezident bildirib ki, 40 nəfərdən ibarət missiyanın 2 ay müddətinə Ermənistana göndərilməsi (Azərbaycanla sərhəd boyu - İF) 6 oktyabr 2022-ci ildə Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası başçılarının rəhbərlərinin dördtərəfli görüşü zamanı razılaşdırılıb. Əliyevin sözlərinə görə, daha sonra dekabrın 19-da öncəki missiyanımn mandatının müddəti bitdikdn sonra Bakı ilə razılaşdırmadan yeni missiyanın göndərilməsinə dair qərar qəbul ediblər, bununla da Aİ-də əldə olunan razılaşmaları pozublar.
“Hansısa səbəbdən razılaşma pozulub, bu da, əldbəttə ki, son dərəcə məyus edir, çünki biz ciddi insanlarıq... Əgər bir şey barədə razılaşma olubsa, hətta şifahi də olsa, o zaman razılaşmalara əməl etmək lazımdır”, - Əliyev bəyan edib.
O qeyd edib ki, missiya nümayəndələri artıq Ermənistandadırlar və görüşlər keçirirlər, əldə olunan məlumata əsasən, fevralda missiya artıq böyük tərkibdə Bakı ilə razılaşdırılmadan Ermən istana göndəriləcək.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanla razılaşdırmadan Aİ-nin yeni missiyasının Ermənistana göndərilməsi regionun təhlüksəizliyini artırmayacaq, eyni zamnada Aİ-nin himayəsi altında danışıqlara mənfi təsir göstərəcək.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün Bakıda Ermənistanla danışıqlar üçün meydança olaraq ABŞ və Rusiyanı görürlər.
“Fransa özünü prosesdən təcrid edib. ABŞ və Rysiya qalır. Danışıqlar (Ermənistanla - İF) üçün meydança olaraq bunları görürük”, - deyə Əliyev əlavə edib ki, Aİ “əgər özünü dürüst apararsa” həmçinin belə meydança ola bilər. **
R.Kərimov